Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazax Sement Zavodu MMC Vətən müharibəsi qazilərinə baş çəkib (FOTO)

Qazax Sement Zavodu MMC Vətən müharibəsi qazilərinə baş çəkib (FOTO)

Tarix: 9 Dekabr 2020 13:32

Bakı. Trend:

27 Sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın zəfəri ilə tamamlandı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qəhrəman əsgər və zabitləri Ermənistanın 30 il ərzində qurduğu müdafiə sistemlərini darmadağın etdi və Azərbaycan xalqını öz doğma torpaqlarına qovuşdurdu.

Bizə bu qələbəni canı, qanı bahasına qazandıran Vətən oğulları və onların ailələri hər zaman dövlətimizin diqqət mərkəzindədir.

09 dekabr 2020-ci ildə Qazax Sement Zavodu MMC və Qazax RİH nümayəndələri ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş Qazax rayonundan olan 136 qazi vətəndaşları ziyarət etdilər, onlara müəyyən sovqatlar verildi. Qazilər Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra dövlət tərəfindən bir sıra mühüm işlər görüldüyünü, qazilərə və şəhid ailələrinə qayğı hər zaman diqqət mərkəzində saxlandığını qeyd etdilər. Eyni zamanda bu cür təşəbbüsə görə Qazax Sement Zavodunun Rəhbərliyinə də öz təşəkkürlərini bildirdilər.

Qazax Sement Zavodu MMC Vətən müharibəsi qazilərinə baş çəkib (FOTO) - Gallery Image Qazax Sement Zavodu MMC Vətən müharibəsi qazilərinə baş çəkib (FOTO) - Gallery Image Qazax Sement Zavodu MMC Vətən müharibəsi qazilərinə baş çəkib (FOTO) - Gallery Image Qazax Sement Zavodu MMC Vətən müharibəsi qazilərinə baş çəkib (FOTO) - Gallery Image Qazax Sement Zavodu MMC Vətən müharibəsi qazilərinə baş çəkib (FOTO) - Gallery Image


Etiketlər:  Qazax Sement Zavodu Vətən müharibəsi qazilərinə baş çəkib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ