Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 15:20
Rüstəmovlar ailəsi doğma torpaqları Cəbrayıldan 1993-cü ilin avqustunda köçkün düşüb. Əvvəlcə, o zamankı Əli Bayramlı şəhərində məskunlaşan ailə daha sonra Bakıya köçür. Hər cür çətinlikdən, sınaqdan keçərək iki oğul böyüdürlər. İllər sonra həmin övladlardan birini elə çıxdıqları torpaqlar uğrunda şəhid verirlər.
Sonxeber.net bildirir ki, ARB Xəbər-də şəhidlə bağlı geniş süjet yayımlanıb.
Aidə Haqverdiyeva - Şəhid anası: "Cəbrayıldan 6 aylığında qucağımda çıxıb. Gətirmişəm Əlibayramlıda məskunlaşmışıq. 28 ildə yaşadığı ömrü torpaq uğrunda yaşadı. 28 ildəki arzularımızı tank üstündə həyata keçirdi. Oğlumla fəxr edirəm".
Valeh Rüstəmov - Şəhid atası: "Cəbrayıl alınandan sonra mənə zəng elədi ki, ata, torpağımız alındı. Allah qoysa sizi gəlib aparacam ora. Toyu da orada edəyəcəyik. Dedim, hə, Allah qoysa, bala".
Aidə Haqverdiyeva - Şəhid anası: "Narahat olma, ana. Torpağınızı azad eləmişəm, gözünüz aydın. Gələcəm, atama de ki, hazırlaşsın. Gedib Cəbrayılda, Alakoxalıda "palatka" toyu edəcəm. Mənnən fəxr edəcəksiz. Mən sizin başınızı uca edəcəm. Elədi də. Dedi ki, ana, mən şəhid olmaq istəyərəm. Şəhid olmaq fəxrdir. Allah o şəhidliyi mənə də qismət eləsin. O, hər adama qismət olmur".
Şövqü Rüstəmov - Şəhidin qardaşı: "Oktyabrın 9-zu Füzulidən xalamoğlunu gətirirdilər, onu gözləyirdik. Qardaşımla əlaqə saxladım, onun da vəziyyətin öyrənim. İki gün sonra xalamoğlu ilə qardaşımı bir yerdə gətirdilər".
Vətən müharibəsinin ilk günündən irəlidə olan və qələbəni gətirən Şuşa döyüşünə qədər öndə vuruşan xaloğlulardan Vüsal bu dünyadan subay getsə də, xüsusi təyinatlı qüvvələrin qrup komandiri kimi döyüşən Təhmasibin 9 aylıq övladı qaldı. Şəhid övladı, başın həmişə ucadı! Şəhid atası qədər.