Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 17:42
Bakı. Trend:
İş yerinə və əlilliyə dair, müavinət, pensiya, təqaüdlə, sosial yardımla, mənzillə, avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışlar əldə etmək indi daha asan, rahat və əlçatandır.
Trend-in məlumatına görə, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.
Nazirlikdən bildirilib ki, arayışları əldə etmək üçün e-sosial.az portalına daxil olub qeydiyyatdan keçmək lazımdır. Bundan sonra aşağıdakı növlərdə arayışları e-qaydada əldə etmək mümkündür:
- İş yerinə dair arayış
- Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən müayinə haqqında arayış
- Əlillik haqqında arayış
- Pensiya haqqında arayış
- Müavinət və təqaüd haqqında arayış
- Maddi yardım haqqında arayış
- Sosial avtomobil haqqında arayış
- Birdəfəlik ödəmə haqqında arayış
- Mənzillə təminat haqqında arayış
- Ünvanlı sosial yardım haqqında arayış
- Ünvanlı sosial yardım ödənişləri haqqında arayış
- Fərdi şəxsi hesab haqqında arayış
- Məşğulluq haqqında arayış
- Torpaq pay mülkiyyətçisi haqqında arayış
- Sosial sığorta şəhadətnaməsi nömrəsi haqqında arayış
Yaxın zamanda daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.
E-arayış xidmətlərindən istifadə proseduru ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:
https://www.youtube.com/watch?v=EGjl46nkHMY&feature=youtu.be