Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 02:58
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".
Ümumilikdə pandemiyanın başlayandan paytaxtda virusa 665,2 min nəfər yoluxub, 507,1 minnəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 9 645 nəfər ölüb.
Rusiya Federasiyasındakı günlük COVID-19 virusuna yoluxma sayı 26 190 hal təşkil edib.