Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 14:20
Heç kəs onun konkret ixtisasını bilmirdi... Çünki düşdüyü vəziyyətə uyğun döyüş taktikaları ilə özünü və şəxsi heyətini vəziyyətdən çıxarırdı.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini şəhid baş-leytenant Əfşan Hüseynovdan gedir.
Əfşan zabit şərəfini hər zaman üstün tutaraq, şəxsi heyətin önündə gedib. Onun sonuncu döyüşü oktyabrın 24-ü Füzuli rayonunun Alxanlı kəndi ərazisində olub.
Əfşan komandir olaraq bölüyü ilə birlikdə ən çətin tapşırıqları yerinə yetirib, strateji postları alıb. Zabitimiz düşmənin bir neçə tankını, BMP-sini də qənimət olaraq ələ keçirib. Ailəsi ilə cəmi bir neçə dəfə danışsa da, onlara nə harada olduğunu, nə də yaralandığını deyib.
Anası ilə telefonla danışıq zamanı hazırda müddətli hərbi xidmətdə olan qardaşı Elcan barədə məlumat alıb. Bundan sonra rahat olduğunu və hər kəsə hər şeyin yaxşı olacağını bildirib.
Əzəli və əbədi torpaqlarımızı işğaldan azad edib bizlərə əmanət edən şəhidlər canlarını torpağa, ruhlarını isə Allaha əmanət etdilər! Allah rəhmət eləsin!
Daha ətraflı videomaterialı təqdim edirik: