Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 11:58
Koronavirusla mübarizədə iştirak edən daha iki həkim virusun qurbanı olub.
Bu barədə Sonxeber.net-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər.
Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".