Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kiminsə evini oğurlamırsınız'' - Virusa yoluxduğunu gizlədənlərə səsləndi

''Kiminsə evini oğurlamırsınız'' - Virusa yoluxduğunu gizlədənlərə səsləndi

Tarix: 11 Dekabr 2020 18:40

"Yaşlı nəsil həmişə gəncləri tənqid edirdi, bəyənmirdi. "İndiki gənclər elədir" deyib, gileylənirdilər. Hər zaman deyirdim, sosial şəbəkədə və efirdəkiləri görüb danışmayın. İndiki gənclər baxın, bu gün tarix yazanlardır. Şəhidlərin analarının qarşısında baş əyirəm".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Hüseynov "7 canlı" proqramında qonaq olarkən deyib. Sənətçi Vətən müharibəsində Azərbaycanın qələbəsindən söz açıb.

Bir müddət əvvəl Covid-19-a yoluxan E.Hüseynov xəstəlik ərəfəsində yaşadıqlarını bölüşüb:

"Ailəm də, mən də yoluxduq. Vaxtında üstünə düşmək lazımdır. Virusu keçirənlər gizlədirlər. Bu da qorxuludur. Kiminsə evini oğurlamırsan, virusdur yoluxursan. Müalicə edirsən keçib gedir. Niyə gizlədirsiniz? Evdə müalicə olunduq. 10 gün ərzində dərmanlar bitdi, 14 gündən sonra test cavabı neqativ oldu. Bütün yaxınlarım bu xəstəliyi tutdu".


Etiketlər:  Kiminsə evini oğurlamırsınız Virusa yoluxduğunu gizlədənlərə səsləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ