Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 05:00
Bakı. Trend:
Silahlılar sutka ərzində Suriyanın Latakiya vilayətinin Curin yaşayış məntəqəsini və Hələb şəhərini atəşə tutublar, nəticədə uç suriyalı həlak olub.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
A.Bakın qeyd edib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin Curin yaşayış məntəqəsini və Hələb vilayətinin eyni adlı şəhərini atəşə tutublar.
Curin kəndinin kustar üsulu ilə istehsal edilmiş reaktib mərmiləri ilə atəşə tutulması nəticəsində üç dinc sakin həlak olub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin