Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda restoranların fəaliyyəti qadağan edilib

Nyu-Yorkda restoranların fəaliyyəti qadağan edilib

Tarix: 12 Dekabr 2020 08:24

ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxmanın artması səbəbindən restoranların fəaliyyəti qadağan edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun qubernatoru Andryu Kuomo "Twitter" hesabında yazıb.

Qubernator bildirilib ki, müştərilərə yalnız onlayn sifariş əsasında yeməklərin çatdırılmasına icazə verilir.

Kuomo, həmçinin ştatda peyvənd tədarükü məsələsinə də toxunub. Qeyd edib ki, bu həftənin sonu, təxminən 170 000 "Pfizer" şirkətinin istehsal etdiyi koronavirusa qarşı peyvəndin təhvil alınacağı gözlənilir.

Qeyd edək ki, Nyu-Yorkda son sutkada 10 mindən çox yeni virusa yoluxma hadisəsi qeydə alınıb, ümumilikdə isə bu rəqəm 750 min təşkil edir.

Milli.Az


Etiketlər:  Yorkda restoranların fəaliyyəti qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ