Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksika ''Pfizer'' və ''BioNTech''in peyvəndini təsdiqlədi

Meksika ''Pfizer'' və ''BioNTech''in peyvəndini təsdiqlədi

Tarix: 12 Dekabr 2020 17:20

Meksikadakı "Cofepris" sağlamlığa nəzarət agentliyi təcili olaraq "Pfizer" və "BioNTech" şirkətləri tərəfindən koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatell deyib.

"Sağlamlığa nəzarət agentliyi COVID-19-un qarşısını almaq məqsədilə "Pfizer" və "BioNTech"in "SARS-CoV-2" virusa qarşı peyvəndinin təcili istifadəsinə icazə verib", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, COVID-19 pandemiyası başladığı gündən bu yana Meksikada 1,2 mln. insan sözügedən virusa yoluxub, 112 min nəfər ölüb, 904 min nəfər sağalıb.

Xatırladaq ki, bundan öncə peyvəndlərin ölkələrində istifadəsinə Böyük Britaniya, Bəhreyn, Kanada və ABŞ-da icazə verilib.


Etiketlər:  Meksika Pfizer BioNTechin peyvəndini təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ