Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşaya kimi gedib çata bildim. Amma ayın səkkizi qismət məni bu dünyadan əbədi evimə apardı...Şəhidlərinin xatirəsinə həsr olunmuş ''Olmayan Bir Müsahibə ...''

Şuşaya kimi gedib çata bildim. Amma ayın səkkizi qismət məni bu dünyadan əbədi evimə apardı...Şəhidlərinin xatirəsinə həsr olunmuş ''Olmayan Bir Müsahibə ...''

Tarix: 12 Dekabr 2020 20:54

BAKI, Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Surxay Noçuyevə həsr edilmişdir...

- Salam, Surxay.

- Salam.

- Yoldaşınızla özüm danışmamışam, amma səsini eşitdim. Sizdən danışırdı...

- Yəqin mesaj göndərib. Elə mən də həmçinin, ona zənq edəndə, balaca körpə qızımın səsin duyardım. Deyirdim ki: Can, ay Fidan, canına gurban olaram sənin.

- Fidanı görə bilmədiniz?

- Yox... Sadəcə səsini, ağlamağını eşidə bildim, çünki qızım anadan olanda mən müharibədə idim. Amma adını mən goydum.

- Gözəl addır. Təəsüf Fidan atasını görə bilmədi...

- Bəli, amma o məni həmişə hiss edə biləcək. Böyüyəndə, oğlum Uğur və qızım Fidan mütləq Qarabağa gələcəklər. O zaman səsimi də torpaqdan duya biləcəklər...

- Qarabağda o qədər şəhid səsi var ki...

- Qanımız, səsimiz, canımız var Qarabağda. Buralara gəlsəniz bizi xatırlayın.

- Söz verirəm...

Surxay gülümsəyir, mən də özümü Qarabağda görürəm... Onların adlarını bir bir çəkib torpağı gözümün üstünə qoyacağam... Onların canı ilə alınan torpağı...

- Surxayın arzusu nə idi?

- Əslində mən general olmaq istəyirdim, həyatımı həbçi olmağa həsr etmışdım.

- Əminəm ki, elə də olacaqdır...

- Ola bilər (gülür), amma mənim ikinci arzum da var idi. O da şəhid zirvəsinə yüksəlmək... Laləyə də onu deyirdim ki, ölsəm şəhid olum, amma heç ağlamasın, başını dik tutsun.

- Sonuncu döyüş Şuşada olub?

- Bəli, Şuşaya kimi gedib çata bildim. Amma ayın səkkizi qismət məni bu dünyadan əbədi evimə apardı...

- Bəs evdə olarkən marağınız nədə idi?

- Evə tez gələndə oğlumla oynayardım, amma adətən gec gəlirdim. Sənədli filmləri çox bəyənirdim. Kitab oxuyurdum, nə bilim, hər kəs necə mən də elə (gülümsəyir).

- Hər kəs kitab oxumur, Kapitan.

- Ola bilər, kitablar insanın həyata baxışını dəyişir.

- Vətənə sevgini kitablardan mı öyrəndiniz?

- Yox, o sevgilə insan anadan olur, qanında olmadısa demək heç olmayacaq. Vətən sağ olsun!


Etiketlər:  Şuşaya kimi gedib çata bildim Amma ayın səkkizi qismət məni dünyadan əbədi evimə apardıŞəhidlərinin xatirəsinə həsr olunmuş Olmayan Müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ