Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə son bir ay ərzində terrorçulara qarşı 33 əməliyyat keçirib - Milli Müdafiə Nazirliyi

Türkiyə son bir ay ərzində terrorçulara qarşı 33 əməliyyat keçirib - Milli Müdafiə Nazirliyi

Tarix: 13 Dekabr 2020 21:16

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri son bir ay ərzində ölkə ərazisində və xaricində terrorçulara qarşı 33 əməliyyat keçirib. Əməliyyatlar nəticəsində 68 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rmətbuat xidmətinin rəhbəri Nadide Şebnem Aktop deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorizmin bütün təzahürlərinə, o cümlədən PPK və İŞİD terror qruplaşmalarına qarşı qətiyyətlə mübarizə aparmağa davam edir: "Son bir ay ərzində 9 böyük miqyaslı və 24 orta miqyaslı əməliyyat həyata keçirilib. Ümumilkdə 33 əməliyyat həyata keçirilib".


Etiketlər:  Türkiyə ərzində terrorçulara qarşı əməliyyat keçirib Milli Müdafiə Nazirliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ