Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadından ŞOK ƏMƏL - Otaq yoldaşının cəsədini...

Qadından ŞOK ƏMƏL - Otaq yoldaşının cəsədini...

Tarix: 14 Dekabr 2020 08:08

ABŞ-da bir qadın sosial müavinət almaq üçün otaq yoldaşının cəsədini aylarla gizlədib.

Milli.Az bildirir ki, Florida ştatında yaşayan 48 yaşlı Mişel Heni iyul ayında vəfat edən otaq yoldaşı Con Leonardın cəsədini zibil qutusunda gizlətdiyinə görə saxlanılıb.

Polisə verdiyi açıqlamada Heni Leonardı iyul ayında evlərində ölü tapdığını, ancaq olayı gizlətməyə qərar verdiyini söyləyib. Cəsədi 3 həftə şkafda saxlayan qadın bundan sonra geri dönəcəyini deyərək onu qonşusunun zibil qutusuna qoyub.

İki aydır geri dönməməsindən şübhələnən qonşuları zibil qutusundakı cəsədi görüblər. Polis Leonardın necə öldüyünü araşdırır. (publika.az)

Milli.Az


Etiketlər:  Qadından ŞOK ƏMƏL Otaq yoldaşının cəsədini


RƏYLƏR