Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 09:18
Bakı. Trend:
Yapon aviaşirkətləri şimal əyalətlərində və Yapon dənizi sahili boyunca bölgələrdə güclü qar yağmaları səbəbindən ən azı 54 daxili uçuşu təxirə salıb.
Trend-in məlumatına görə, cədvəl dəyişiklikləri əsasən Osaka və Tokionun Hokkaydo adası və Honsyu adasının şimalındakı Akita və Aomori bölgələrini birləşdirən marşrutlara aiddir.
Yapon dənizi sahillərinə qar yağması 14-dən 15-ə keçən gecə başlayıb. Proqnozlara görə, dekabrın 16-sı səhərədək bir sıra əyalətlərdə 90 sm-ə qədər yağıntı olacaq. Honsyunun şimal-şərqində və Hokkaydoda bu rəqəm təxminən 60-70 sm olacaq.
Səlahiyyətli orqanlar sakinləri yollardakı buzlanma riski səbəbindən mümkün olduğu təqdirdə fərdi nəqliyyat vasitələri ilə səyahət etməkdən çəkinməyə çağırıb.