Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil Nazirliyi əsgərin müraciətini müsbət cavablandırdı

Təhsil Nazirliyi əsgərin müraciətini müsbət cavablandırdı

Tarix: 15 Dekabr 2020 13:27

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən gün sosial şəbəkələrdə yayımlanan əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti Təhsil Nazirliyi tərəfindən araşdırılıb və məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 10 sentyabr 2020-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyət ilə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib. ƏMHM-nin rəisinin imzaladığı müvafiq əmr əsasında (skrinlər əlavə olunur) Rüfət Novruzova 10 sentyabr 2020-ci il tarixindən ailə vəziyyəti ilə bağlı 6 ay müddətinə ödənişsiz məzuniyyət verilib.

Rüfət Novruzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib. Rüfət Novruzovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun 3 aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib.

Təhsil Nazirliyi əsgərin müraciətini müsbət cavablandırdı - Gallery Image Təhsil Nazirliyi əsgərin müraciətini müsbət cavablandırdı - Gallery Image


Etiketlər:  Təhsil Nazirliyi əsgərin müraciətini müsbət cavablandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ