Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 15:06
Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan Vəliəhəd Vəliyev bu gün erməni əsirliyindən azad olunaraq Bakıya gətirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd Şakir oğlunun Azərbaycana təhvil verildiyini açıqlayıb.
V.Vəliyevin atası Şakir Vəliyev qafqazinfo-ya açıqlamasında məlumatı bir daha təsdiqləyib və artıq ona bu barədə rəsmilər tərəfindən məlumat verildiyini bildirib. Ş.Vəliyev hələ oğlu ilə əlaqə saxlamadığını deyib.
Qeyd edək ki, Vəliəhd Vəliyevin Zəngilan uğrunda döyüşlərdə şəhid olduğu bildirilirdi.