Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 16:20
Bakı. İlhamə İsabalayeva - Trend:
Koronavirus yeni ortaya çıxan zaman onun olmadığı barədə məlumatlar yayıldı. İndi isə sosial şəbəkələrdə vaksinlə bağlı ziddiyyətli fikirlər irəli sürülür.
Trend-in məlumatına görə, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, insanların vaksinlərə inanmağı lazımdır. Tarix boyu infeksion xəstəliklərin müalicəsində vaksinlərdən istifadə edilib: "Ola bilər ki, bəzi şəxslərdə vaksinlər nəticəsində güclü immun sistemi yaransın, bəzilərində isə zəif immun sistemi yaransın, bəzilərində isə heç yaranmaya bilər. Bəzən bir ailədə bir nəfər xəstələnir, digəri xəstələnmir. Bu, insanın immun sisteminin vəziyyətindən asılıdır".