Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsdə olan jurnalistlərin sayı AÇIQLANDI

Həbsdə olan jurnalistlərin sayı AÇIQLANDI

Tarix: 15 Dekabr 2020 18:52

Bu ilin dekabr ayına olan məlumata görə, 274 jurnalist həbsdədir və bu, 2016-cı ildə qeydə alınan rekordun (272) yenilənməsi deməkdir.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi (JMK) ictimai təşkilatı məlumat verib.

Bildirilib k, beşinci ildir həbsdə olan jurnalistlərin sayı 250-ni keçir. Həbsdə olan media işçilərinin 13%-ni qadın jurnalistlər təşkil edir.

Araşdırma aparılan zaman ABŞ-da həbsdə olan heç bir jurnalist olmayıb, lakin 2020-ci ildə ölkədə 110 media işçisi cinayət ittihamı ilə mühakimə olunub, 300 jurnalist hücuma məruz qalıb, bunların əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.

Bu il 2 həbs cəzası çəkərkən ölüb. Onlardan 1-i koronavirusdan vəfat edib.


Etiketlər:  Həbsdə olan jurnalistlərin sayı AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ