Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 21:42
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 235 nəfər ölüb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindn 206 190 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 32 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı 5988 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 898 447 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 661 191 nəfər sağalıb, 16 881 nəfər isə ölüb.
F.Qoca bu günkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.