Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 22:52
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunmağa hazırdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Keyli Makineni bildirib.
Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyasının rəhbərinin həkimləri vaksinasiyanı lazım bildikdə D.Tramp vaksinasiya olunacaq: "Hazırda prezident vaksinasiya olunmağa tam açıqdır, ancaq bu yaxınlarda o, COVID-19 xəstəliyini keçirib".