Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN-in bölmələri işğaldan azad edilən ərazilərə köçürüldü - Nazir

FHN-in bölmələri işğaldan azad edilən ərazilərə köçürüldü - Nazir

Tarix: 16 Dekabr 2020 08:46

Bakı. Samir Əli - Trend:

İşğaldan azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yanğın mühafizə xidmətləri fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirdi, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başladı: "Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzili, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb".


Etiketlər:  bölmələri işğaldan azad edilən ərazilərə köçürüldü Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ