Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD-19-un müalicəsi üçün antibiotiklərdən sərbəst şəkildə istifadə yolverilməzdir - Harmancı

COVİD-19-un müalicəsi üçün antibiotiklərdən sərbəst şəkildə istifadə yolverilməzdir - Harmancı

Tarix: 16 Dekabr 2020 12:08

Bakı. İlhamə İsabalayeva - Trend:

İnsanların COVİD-19-un müalicəsi üçün həkim təyinatı olmadan antibiotiklərdən sərbəst şəkildə istifadə etməsi yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, insanların bütün hallarda antibiotikləri apteklərdən özbaşına alması düzgün deyil:

“Pandemiya bitəcək, amma istifadə edilən bu ağır dərmanların fəsadları qalacaq. Hələki koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”.


Etiketlər:  COVİD müalicəsi üçün antibiotiklərdən sərbəst şəkildə istifadə yolverilməzdir Harmancı


RƏYLƏR