Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada son sutkada koronavirusdan ölüm sayında rekord göstərici qeydə alınıb

Almaniyada son sutkada koronavirusdan ölüm sayında rekord göstərici qeydə alınıb

Tarix: 16 Dekabr 2020 13:30

Almaniyada son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüm sayında rekord göstərici qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, son 24 saat ərzində 952 nəfər koronavirusdan vəfat edib. Bu, ölkədə indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Son sutkada koronavirusa yoluxanların sayı isə 27 728 nəfər olub. Almaniyada indiyə qədər ümumilikdə 1 379 238 nəfər koronavirusa yoluxub, onlardan bir milyondan çoxu artıq sağalıb, 23 427 nəfər isə vəfat edib.


Etiketlər:  Almaniyada sutkada koronavirusdan ölüm sayında rekord göstərici qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ