Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 14:52
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 213 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 52 883 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 603 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 131 077 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 678 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 844 430 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 6,84 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 12 rayonun qırmızı, 288 rayonun narıncı və 148 rayonun sarı zona olduğunu deyib.