Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 02:44
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 72 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 72 xəstə dünyasını dəyişib".
Ümumilikdə pandemiyanın başlayandan paytaxtda virusa 715,2 min nəfər yoluxub, 551,2 min nəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 10 243 nəfər ölüb.