Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 03:32
COVID-19-un peşə xəstəliyi sayılmasını ehtiva edən layihə qısa müddətdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.
Sonxeber.net bildirir ki, bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan təlimat verib.
R.T.Ərdoğan Nazirlər Kabinetinin son iclasında Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq ilə Səhiyyə naziri Fəxrəddin Kocadan layihə ilə bağlı hesabat istəyib.
Nazirliklər hesabatı növbəti iclasda prezidentə təqdim edəcək.
Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyindən verilən məlumata görə, kadrlı səhiyyə işçiləri üçün belə qərar mövcuddur. Növbəti qərar müqavilə əsasında işləyənləri əhatə edəcək. (publika.az)