Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 14:44
UEFA İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə bağlı bəzi turnirlərlə bağlı yekun qərarını açıqlayıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qitə futbol qurumu 2020/21 mövsümü üçün 17 yaşadək qızlar və oğlanlardan ibarət milli komandalar arasında turnirlər turnirləri ləğv edib.
U-19 qızlar və oğlanların turnirinin keçirilmə tarixi də müəyyənləşib. Qızlar arasında seçmə mərhələ oyunları 2021-ci ilin aprel (12 mini-turnir), pley-off (14 komanda) iyun, final mərhələsi isə 21 iyul - 2 avqust tarixində keçiriləcək. Həlledici mərhələ Belarusda təşkil olunacaq.
U-19 oğlanların yarışında 2021-ci ilin martında seçmə mərhələ (13 mini-turnir), may/iyun aylarında pley-off (14 komanda), 30 iyun - 13 iyulda isə final mərhələsi (Rumıniya) keçiriləcək.
Turnirlərin əsasnaməsi təsdiq üçün UEFA İcraiyyə Komitəsinin 2021-ci ildə keçiriləcək ilk iclasında təqdim olunacaq.
U-19 Avropa çempionatı - 2021/23 təxirə salınıb. Liqa sistemi ilə çempionatın yeni seçmə mərhələsi 2022/2024 mövsümünə keçirilib.
Futzal üzrə ikinci U-19 Avropa çempionatının isə 2021/22 mövsümündə baş tutması qərara alınıb.