Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 02:52
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".
Ümumilikdə pandemiyanın başlayandan Rusiyanın paytaxtında virusa 722 178 nəfər yoluxub, 557 028 nəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 10 317 nəfər ölüb.