Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 10:03
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 28 məsələ daxildir.
Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və digər qanunlara, eyni zamanda Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Qanun layihələrinin bir çoxu 2-ci cə 3-cü oxunuşda müzakirə ediləcək.
Qeyd edək ki, bu iclasdan sonra deputatlar tətilə çıxacaqlar və avqust ayının 30-dək istirahətdə olacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin