Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda 72 min bina yüksək risk qrupuna daxildir - Türkiyəli nazir

İstanbulda 72 min bina yüksək risk qrupuna daxildir - Türkiyəli nazir

Tarix: 19 Dekabr 2020 10:56

İstanbulda 64 riskli bölgədə 72 min bina yüksək risk qrupuna daxil edilərək yenilənir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib.

Ötən səkkiz ay ərzində İstanbulun bütün rayonlarında ümumilikdə 10 min mənzillik binaların təməlinin atıldığını deyən nazir hazırda şəhərdə 41 yenidənqurma layihəsinin həyata keçirilməsi istiqamətində işlərin davam etdiyini bildirib: "2020-ci ildə Türkiyənin Elazığ, Malatya və İzmir bölgələrində baş verən zəlzələlər zamanı 158 nəfər həlak olub. Hazırda bu bölgələrdə yenidənqurma layihəsi çərçivəsində 26 mini Malatyada, beş mini isə İzmirdə olmaqla ümumilikdə 31 min yeni mənzilin tikintisi davam edir".

M.Kurum son iki il ərzində Türkiyədə 80 min mənzilin istifadəyə verildiyini deyib.


Etiketlər:  İstanbulda bina yüksək risk qrupuna daxildir Türkiyəli nazir


RƏYLƏR