Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM - FOTO

Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM - FOTO

Tarix: 19 Dekabr 2020 14:20

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticəsi olaraq öz azadlığına qovuşan yurd yerlərinə hazırlaşanlar sırasında Xocavənd sakinləri də var. İşğaldan azad edilən digər ərazilərimizin sakinləri kimi, bu gün onların da sevinci, qürur duyğuları sonsuzdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, doğma torpaqlarına qayıtmağa hazırlaşan bu insanların bir çoxu dövlət qayğısının bir təzahürü olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib.

Proqram çərçivəsində onlara mal və materiallar, avadanlıqlar verilməklə, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar bu kiçik bizneslərini Xocavəndə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər. Dövlətin dəstəyini hər zaman hiss etdiklərini deyən Xocavənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirirlər.

Milli.Az


Etiketlər:  Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM FOTO


RƏYLƏR