Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda karantin rejimini pozan restoranda 28 nəfər saxlanılıb

Bakıda karantin rejimini pozan restoranda 28 nəfər saxlanılıb

Tarix: 19 Dekabr 2020 15:52

Bakı. Samir Əli - Trend:

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.


Etiketlər:  Bakıda karantin rejimini pozan restoranda 28 nəfər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ