Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 00:46
Çində avtomobil benzini ilə dizel yanacağının topdan və pərakəndə satış qiyməti artıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bahalaşmaya səbəb dünya bazarında xam neft qiymətlərinin artmasıdır. Komissiyanın qərarına əsasən, dekabrın 18-dən etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 155 yuan (23,7 ABŞ dolları) və 150 yuan (23 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.