Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 18:12
Vyanada törədilən terror hücumlarında şübhəli bilinən daha iki nəfər Avstriyanın paytaxtında saxlanılıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Kronen Zeitung" xəbər yayıb.
Nəşrin məlumatına görə, şübhəlilərdən biri Əfqanıstan əsilli Avstriya vətəndaşıdır. Həmin şəxs "Cobra" xüsusi təyinatlı qüvvələri tərəfindən tutulub. Adı açıqlanmayan şəxsin DNT-si zərəsizləşdirilən terrorçunun istifadə etdiyi tüfəng və patronlarda aşkarlanıb.
Şübhəli bilinən digər şəxs isə prokurorluq əməkdaşları tərəfindən həbs olunub.
"Report" xatırladır ki, noyabrın 2-si axşam saatlarında Vyananın 6 ərazisində törədilən hücumlar nəticəsində üç nəfər ölüb, 15 nəfər yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Həmin şəxsin İŞİD tərəfdarı olduğu bildirilir.