Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 20:10
İsveçin Baş naziri Stefan Lyoven koronavirus pandemiyası səbəbindən yeni məhdudiyyətləri açıqlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təqdim olunan tədbirlər, xüsusilə bir yerdə olan insanların maksimum yol verilən sayı dörd nəfərdən çox olmamasını nəzərdə tutur. Həmçinin dekabrın 24-dən etibarən bütün restoran və barlarda 20:00-dan sonra spirtli içkilərin satışı qadağan edilir.
Öz növbəsində dükanlar, ticarət mərkəzləri və idman salonları ziyarətçilərin sayını dövlət qaydalarına uyğun tənzimləməlidirlər. Hökumət başçısının sözlərinə görə, ölkədəki pandemiya ilə əlaqədar vəziyyətin daha da pisləşməsi halında bütün bu təsisatların bağlanacağı bildirilir.
Stefan Lyoven, dövlət, bələdiyyələr və bölgələr tərəfindən idarə olunan bütün ikinci dərəcəli ictimai xidmətlərinin dərhal bağlanacağını və yanvarın 24-nə qədər bağlı qalacağını söyləyib. Söhbət xüsusilə ictimai hovuzlar, idman mərkəzləri və muzeylərdən gedir.