Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 20:15
Azərbaycanda pandemiyanın başlandığı ilk gündən bəri bir qrup insan bu suala cavab axtarır - dad və qoxu hiss etmirəm, koronavirusa yoluxmuşam?
Sonxeber.net xəbər verir ki, sözügedən sual Azərbaycanla yanaşı dünyada da geniş yayılmaqdadır.
Mütəxəssislərin fikirincə, koronavirusun əsas əlamətlərindən biri qoxu və dad hissinin itməsidir. Xüsusilə son dövrdə virusa yoluxanların əksərində bu əlamətlər müşahidə olunur. Bəzi mütəxəssislər isə qoxu, dad itkisinin tək Covid-19-a xas olmadığını, digər respirator virus infeksiyalarına yoluxmada da müşahidə edildiyini açıqlayırlar.
Rusiyadan olan terapevt Elene Selkova insanların dad və qoxu hiss etməməsinə belə münasibət bildirib: "İnsan dad və qoxu hiss etmədiyi zaman bir neçə gündən sonra xəstəliyin əsas əlamətləri görünməyə başlayır".
E.Selikova eyni zamanda qeyd edib ki, koronavirus zamanı qoxu itkisi burunun selikli qişasında yığıntı olmadan, yəni burun axıntısı olmadan yaranır: "Burun axmır onun tıxanıqlığı və ümumiyyətlə, nəfəs almaqda çətinlik olmur. Beləliklədə bir neçə gündən sonra xəstəliyin əsas əlamətləri ortaya çıxmağa başlayır".
O həmçinin diqqətə çatdırıb ki, qoxu itkisinin tək koronavirus deyil, ciddi bir xəstəliyə işarədə ola bilər. (publika.az)