Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 10:40
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mütəmadi vurğuladığı kimi, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkədir. Bu qəbildən Azərbaycanda yaşayan müxtəlif dini etiqadlara məxsus olan millətlərin öz dini təriqətlərinin aparılması üçün ölkəmizin ərazisində xeyli sayda Məscid, Kilsə, Sinaqoq, Monastır və ya digər dini məbədlər mövcuddur. Əsrlərdən bu günə kimi, qorunub saxlanılan və ya müasir dövrdə tikilən dini məbədlər bunun bariz nümunəsidir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla davam etdirilir.
Respublikamızda dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Azad olunmuş torpaqlarımızda yerləşən və düşmən tərəfindən dağıdılaraq yararsız hala salınan dini məbədlərin bərpa olunması, vətəndaşların ixtiyarına verilərək qorunması öndə duran preoritet məsələlərdən biridir.
Yeni Hayat Şirkətlər Qrupu da dövlətimizin bu yanaşmasını və dini abidələrimizin bərpası istiqamətində atılan addımları dəstəkləyərək öz həmrəyliyini bəyan edir. Bu məqsədlə də Yeni Hayat Şirkətlər Qrupu azad olunmuş ərazilərimizdə yerləşən bütün dini məbədlərimizin bərpa olunması üçün Heydər Əliyev Fonduna 2021-ci il müddəti ərzində ayda 100 000 manat olmaqla toplam 1 000 000 manat yardım etməyi öz öhdəsinə götürür.