Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək

Qazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək

Tarix: 21 Dekabr 2020 11:58

Koronavirus infeksiyasının artması və yayılmasının qarşısını almaq məqsədilə Qazaxıstanda dekabrın 25-dən 2021-ci il yanvarın 5-dək məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın Baş naziri Askar Mamin ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün İdarələrarası Komissiyanın iclasını keçirib.

İclasda 2020-ci il dekabrın 25-dən 2021-ci il yanvarın 5-nə qədər əyləncə, idman və digər kütləvi tədbirlərin, o cümlədən Yeni il şənliklərinin və bayram korporativ tədbirlərinin keçirilməsinə qadağa qoyulub.

Hökumət başçısı regionda epidemioloji durumdan asılı olaraq vəziyyətin sabitləşdirilməsi üçün lazımi məhdudlaşdırıcı tədbirlər görməyi tapşırıb.

Hazırda ölkənin 5 regionu - Atyrau, Kostanay, Pavlodar, Şimal-Qazaxıstan və Akmola vilayəti COVID -19 infeksiyasının yüksək və orta risk zonasına daxildir.

Milli.Az


Etiketlər:  Qazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR