Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, Ramil Quliyev deyil, ''Fənərbaxça''nın hücumçusudur

Bu, Ramil Quliyev deyil, ''Fənərbaxça''nın hücumçusudur

Tarix: 12 Iyul 2019 13:56

"Fənərbaxça"nın yeni transferi Vedat Muriqi Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyevlə bənzərliklərindən danışıb.

Qol.az "Hürriyət"ə istinadən xəbər verir ki, kosovolu hücumçu onu Ramilə bənzədənlərlə həmfikir olduğunu deyərək, dünya çempionuna uğurlar arzulayıb:

“Sosial şəbəkələrdə azarkeşlərin paylaşımlarını gördüm. Haqlıdırlar, mən də bənzədiyimizi düşünürəm. Ən böyük ortaq nöqtəmiz belə böyük bir klubda bu müqəddəs formanı daşımağımız və “Fənərbaxça”nın uğurları üçün tər tökməyimizdir. Ramilə işlərində uğurlar arzu edirəm”.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən həftə "Rizəspor"dan "Fənərbaxça"ya keçib.


 


Etiketlər:  Ramil Quliyev deyil Fənərbaxçanın hücumçusudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ