Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 16:00
Bakı. Trend:
Türkiyənin BOTAŞ International Limited (BIL) şirkəti bu günə qədər Ceyhandakı neft terminalından təxminən 3,563 milyard barel neft göndərib.
Bu barədə Trend şirkətə istinadən məlumat verir.
BIL-in məlumatına görə, bu günə qədər Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 4651 tanker neft göndərilib.
2020-ci ilin əvvəlindən Ceyhan neft terminalından 270 tanker AÇG nefti (təqribən 203,5 milyon barel neft) göndərilib.