Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Tarix: 12 Iyul 2019 14:12

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.

Trend-in məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə düşüb.

Məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan beş nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Qeyd olunur ki, xəsarət alanlardan biri 33 yaşlı Azərbaycan vətəndaşı Aygün Hüseynova olub.

Xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ