Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır - MN

İtkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır - MN

Tarix: 21 Dekabr 2020 17:38

Hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır.

Sonxeber.net bildirir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilir ki, şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Qeyd edək ki, MN Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat açıqlayıb.


Etiketlər:  İtkin düşmüş hesab olunan yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ