Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST il sonuna qədər "Pfizer" və "BioNTech" peyvəndi təsdiq edə bilər

ÜST il sonuna qədər

Tarix: 22 Dekabr 2020 02:20

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayın sonunadək ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri tərəfindən birgə hazırlanan peyvəndi təsdiq edə bilər. Həmin peyvənd fövqəladə hallarda istifadə olunacaq.

Trend-in məlumatına görə, bu barədə brifinqdə ÜST-ün baş direktor köməkçisi Mariancela Simao deyib.

M.Simao qeyd edib: "Peyvənd bu ayın əvvəlində mümkün fövqəladə hallarda istifadəsı üçün siyahıya alına bilər".

Təşkilatın baş alimi Sumya Svaminatan öz növbəsində, COVAX mexanizmi çərçivəsində bu peyvəndin məhdud tədarükünün yanvarın sonu və ya fevralın əvvəlində başlaya biləcəyini qeyd etdi.


Etiketlər:  ÜST il sonuna qədər Pfizer BioNTech peyvəndi təsdiq edə bilər


RƏYLƏR