Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaurun Şuşadakı evi - VİDEO

Zaurun Şuşadakı evi - VİDEO

Tarix: 22 Dekabr 2020 13:20

Doğulduğum ev. Bütün ilklərimi yaşadığım ocaq. İlk dəfə dünyaya burada göz açdım, adım bu evdə qoyuldu, bu evdə ilk addımımı atdım, iməklədim. İlk dəfə bu evdə yıxıldım, ağladım. İlk sevinclərim, kədərlərim... Yazıq- yazıq elədiyim ilk lövhəm bu evin divarları oldu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb. O, Şuşada olan hərbçilərin ona göndərdiyi evlərinin görüntülərini yayımlayaraq, xatirələrini bölüşüb:

"Bu evdə ilk dəfə qaynar qazana düşüb yandım, ağrıma bu ev şahid oldu. Məktəbə bu evdən getdim, dalaşıb, barışıb, küsüb, ağlayıb, beş, iki alıb, dərsdən qaçıb, döyüb, döyülüb bu evə sığındım. 11 yaşıma qayıtdım, tamam yadımdan çıxmış xatirələrim gəldi gözümün önünə, elə bilirdim unutmuşam. Bəlkə kimin üçünsə bu ev 4 otaqlı bir mənzildir, ancaq mənə görə bu ilklərimin yaşandığı saraydır.

Nənəmi, xalalarımı bu evdə nə qədər incitmişik, heç kim bizim dəcəlliyimizdən bu evə gəlmək, bizimlə qalmaq istəmirdi. Nənəm bizdən Tərtərə öz evinə qayıdanda mamama deyirdi ki, Ağdamın dörd yoluna çatanda arxaya baxıram ki, birdən uşaqların gələr. Bu ev bizim öz qalamız idi. Heç kimlə paylaşmaq istəmirdik. Xalam rəfiqələri ilə gələndə maqnitafonu xarab eləmişdik. İndi başa düşürəm ki, sən demə, bu dəcəllik deyilmiş, biz sadəcə evimizi heç kimlə paylaşmaq istəmirdik. Yenə də özümüzə qayıtdın ilk sarayım, doğulduğum ev. Şükür qovuşdurana".

Milli.Az


Etiketlər:  Zaurun Şuşadakı evi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ