Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlar da Paşinyanın istefasını tələb edirlər

Onlar da Paşinyanın istefasını tələb edirlər

Tarix: 22 Dekabr 2020 16:18

Ermənistanın Vəkillər Palatası ölkənin Baş naziri Nikol Paşinyanı "dövlətçiliyə təhdid mənbəyi" adlandıraraq istefasını dəstəkləyib.

Sonxeber.net bildirir ki, Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan Facebook səhifəsində 22 dekabr çərşənbə axşamı həmkarları ilə birlikdə Palatanın binasından parlamentə və Baş Prokurorluğa yürüş edəcəyini söyləyib.

"Ermənistan parlamentinin sədrinə hərbi vəziyyətin ləğvi və baş nazirə etimad göstərməməsi tələbini çatdıracağıq. Vəkil olan deputatlardan hakim "Mənim addımım" fraksiyasından çıxmağı tələb edəcəyik. Cinayətlə bağlı Baş Prokurorluğa açıqlama verəcəyik", - o deyib.

"Dövlətçiliyimizi itirmək təhdidi bizi etiraz etməyə və bu təhdidin mənbəyindən ən qısa müddətdə qurtulmağa məcbur etdi", - Zohrabyan qeyd edib.

Aslan Məmmədov


Etiketlər:  Onlar Paşinyanın istefasını tələb edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ