Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 13:04
Bakı. Elçin Mehdiyev - Trend:
Növbəti ildə də koronavirus pandemiyası dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatını ciddi sınaqlara çəkəcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, növbəti ildə də Azərbaycan iqtisadiyyatı orta müddətli strateji çağırışlara layiqli cavab verəcək. Onun sözlərinə görə, bütün resurslardan səmərəli istifadə ölkəmizdə iqtisadi artımı və əhalinin rifahını təmin edəcək.