Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 14:04
Bakı. Elnur Bağışov - Trend:
Araz çayı üzərində 2 ədəd Su Elektrik Stansiyasının (SES) inşa olunması ilə əlaqədar İran və Azərbaycan arasında yekun razılaşma əldə olunub.
Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian bu gün hökumətin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.
R.Ərdəkanianın sözlərinə görə, bu stansiyaların elektrik istehsalı potensialı 280 meqavat saat olacaq.
O, əlavə edib ki, ötən gün "Xudafərin" hidroqovşağının inşası ilə əlaqədar maliyyə məsələləri həll olunub.
İranlı nazir deyib ki, bu hidroqovşaq ildə 1,6 milyard kubmetr suyu tənzimləyir və 120 min hektar ərazini su ilə təmin edəcək.
r.Ərdəkanian bildirib ki, İran və Azərbaycan arasında "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının inşası və istismara verilməsi ilə əlaqədar 4 il öncə saziş imzalanıb.