Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 15:00
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda daxili borclanma üçün kifayət qədər resurslar var. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, Azərbaycan daxili bazarını vətəndaşlara, kiçik investorlara, o cümlədən xarici investorlara açmaq niyyətindədir.
O qeyd edib ki, daxili borclanma bazarını inkiaf etdirmək olduqca əhəmiyyətlidir və digər ölkələrdə də bu təcrübədən istifadə edilir.