Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19: Fransada gündəlik 12 minə yaxın yeni yoluxma qeydə alınıb

COVID-19: Fransada gündəlik 12 minə yaxın yeni yoluxma qeydə alınıb

Tarix: 23 Dekabr 2020 18:56

Fransada COVID-19 infeksiyasına gündəlik 11 795 yeni yoluxma və xəstəxanalarda 386, qocalar evlərində isə 421 ölüm faktı qeydə alınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, son sutkada xəstəxanalara 1 776 xəstə, reanimasiya şöbələrinə isə 256-ı ağır xəstə yerləşdirilib. Xəstəxanalara gündəlik yerləşdirilmə son ayda pik nöqtəsinə çatdığı bildirilir.

Ölkədə pandemiya başlayandan ümumi yoluxma sayı 2 490 946-ya, ölüm sayı isə 61 702-yə çatıb.


Etiketlər:  COVID Fransada gündəlik minə yaxın yeni yoluxma qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ