Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 08:52
Bakı. Trend:
Cənubi Koreya "Pfizer" və "Janssen" şirkətləri ilə yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlərin tədarükü ilə bağlı müqavilələr imzalayıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın baş naziri Çon Se Gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "Pfizer" şirkətindən 10 milyon nəfərin vaksinasiyası üçün, "Janssen" şirkətindən isə 6 milyon nəfərin vaksinasiyası üçün vaksinlər alınacaq.
Qeyd edilir ki, Cənubi Koreya ümumilikdə koronavirusa qarşı vaksinlərin tədarükü ilə bağlı 4 xarici şirkətlə müqavilə imzalayıb. Bu müqavilələr əsasında ölkəyə gətiriləcək vaksinlər 44 milyon nəfərin vaksinasiya olunmasını təmin edəcək.